Rusiyada ən yaxşı futbolçu açıqlandı
Rusiya Premyer Liqasının noyabr və dekabr ayları üçün ən yaxşı futbolçusu açıqlanıb.
Sportline.az xəbər verir ki, bu ada "Spartak"ın hücumçusu Manfred Uqalde layiq görülüb.
O, bütün ekspertlərin və 72 faiz azarkeşin səsini qazanıb.
Qeyd edək ki, istedadlı futbolçu son iki ayda meydana çıxdığı 5 oyunda 9 qol və iki asist müəllifi olub.