Rusiyalı futbolçu "Antalyaspor"a keçə bilər
Moskva ÇSKA-sı və "Rubin"in sabiq futbolçusu Alan Zaqoyev karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az "Fotospor"a istinadla xəbər verir ki, "Antalyaspor" onunla maraqlanır.
Tərəflərin danışıqlara başladığı, amma hələ tam razılığa gəlmədiyi bildirilir.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi iyul ayında "Rubin"dən azad agent statusunda ayrılıb.