Ruslan Abışov millinin heyətindən çıxarıldı
Qətərdə təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. SportLine.az xəbər verir ki, Ruslan Abışov heyətdən çıxarılıb. Buna futbolçunun uzun müddət davam edən zədədən sonra tam hazır olmaması səbəb olub.
Qeyd edək ki, Qətər toplanışı martın 6-dan 9-dək davam edəcək. Seçmə komanda Qətərlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.