Ruslan komandadan getdi
Rusiyalı hücumçu Ruslan Pidlisnyak “Sabah”ı tərk edib.
Sportline.az xəbər verir ki, o, 21 yaşlı hücumçu karyerasını Rusiya ikinci divizion təmsilçisi “Krasava”da davam etdirəcək. Məlumatı rus klubunun saytı yayıb. Onunla 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında “Sabah”a keçən Ruslan Pidlisnyak klubun ikinci komandasında oynayıb.