Rüstəm Orucova Avropa Cüdo Birliyində vəzifə verildi
Azərbaycanlı cüdoçu Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib.
Sportline.az xəbər verir ki, bu barədə ACB-nin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qurum bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar.
Qeyd edək ki, Rüstəm Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi komissiyasının üzvüdür. O, Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.