Rayan Qarsiya fanatlarını ələ salıb

Məşhur boksçu Rayan Qarsiya fanatlarını ələ salıb.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, gənc boksçu açıqlamasında "Məşq zamanı içkili idim. Qəbul edirəm, içki içməyi çox sevirəm. Hər kəs dəli olduğumu düşünürdü, amma mən bunu bilərək edirəm. Qoy məni dəli kimi tanısınlar. Geri qayıdacağım zaman çox fərqli Qarsiya izləyəcəklər", - deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Rayan Qarsiyanın içkili olması və ağlını itirməsi ilə bağlı videolar paylaşılmışdı.