“Sabah” bizi yordu”

"Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq".

Sportline.az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri Uelsin TNS klubunun baş məşqçisi Qreyq Harrison deyib. 

O, Bakıda “Sabah"a qarşı keçirilən UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk matçındakı  məğlubiyyəti (0:2) şərh edib.

48 yaşlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb.

- Birinci hissədə daha fəal idiniz. İkinci hissədə isə meydanda görünmürdünüz. Bunu nə ilə əlaqələndirirsiniz?

- İlk hissədə güc sərf etdik. Hücuma meyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik. 

- Növbəti mərhələyə vəsiqə qazanacağınıza ümidiniz var?

- Bəli, ümidimiz var. 

- Birinci qoldan sonra qapıçınız vaxtı uzatmağa çalışırdı...

- Bizim hədəfimiz o deyildi ki, burada daha çox vaxt aparaq. Biz bura yaxşı nəticə üçün gəlmişdik. Yaxşı hücum edib, yaxşı müdafiə olunmaq istəyirdik. Ev oyunlarımızda yaxşı göstəricilərimiz var. Daha yaxşı klublara qarşı yaxşı nəticələrimiz var. Ümid edirəm ki, "Sabah"a qarşı da bu uğurlu nəticəni qazanacağıq.

Banner