“Sabah” Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünə start veriləcək.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” 1-ci təsnifat mərhələsində TNS-lə üz-üzə gələcək. 20:00-da başlayacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Bu, tarixində ilk dəfə Çempionlar Liqasına qatılan "Sabah" sözügedən yarışda debüt oyunu olacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. “Sabah” (Azərbaycan) - TNS (Uels)
Baş hakim: Patrik Qriskieviç (Polşa)
Masazır stadionu
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki (İngiltərə) "Park Hall"da keçiriləcək.