"Sabah" klubu AFFA-ya müraciət ünvanlayıb
"Sabah" Azərbaycan Kubokunun 1/4 finalının "Neftçi" ilə cavab matçındakı (1:3) hakim idarəçiliyinə görə AFFA-ya müraciət edib.
Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov idarəçiliklə bağlı AFFA İntizam Komitəsinə və Hakimlər Komitəsinə müraciət etdiklərini söyləyib.
Qeyd edək ki, "Sabah" - "Neftçi" matçında meydan sahibi komandanın 2 futbolçusu - Aleksey İsayev, Səlahət Ağayev, baş məşqçi Murad Musayev "qırmızı" alaraq, meydandan kənarlaşdırlıb.