"Sabah" legioneri ilə yolları ayırdı

"Sabah" klubu qapıçısı Aleksandr Neçayevlə yollarını ayırıb.

Sportline.az paytaxt təmsilçisinə istinadən xəbər verir ki, 28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, belaruslu oyunçu 2022-ci ilin yanvarında 1,5 illik müqavilə imzalamışdı.

Banner