"Sabah" "Qəbələ"yə qarşı
Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək.
“Sabah” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Hazırda paytaxt klubu 53 xalla lider, bölgə təmsilçisi isə 16 xalla 11-cidir.
Cari mövsümdə tərəflər arasında keçirilən hər iki matçda “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub edib.
10 mart
19:15. “Sabah” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”
7 mart
“Karvan-Yevlax” - “Sumqayıt” - 1:1
8 mart
"Qarabağ" - "Araz-Naxçıvan" - 6:0
"Şamaxı" - "İmişli" - 0:0
9 mart
“Neftçi” - “Turan Tovuz” - 0:1