“Sabah” səfərdə “Levski”yə məğlub olub

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" (Bolqarıstan) ilə qarşılaşan "Sabah" məğlub olub.

Sportline.az xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Yeganə qol qarşılaşmanın 90+8-ci dəqiqəsinə təsadüf edib. Borislav Rupanov adını tabloya yazdırıb.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Əlincə stadionunda baş tutacaq. Cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.