"Sabah" "Sumqayıt"a qarşı
"Sabah” və "Sumqayıt" fasilə müddətində yoxlama oyunu keçirəcək.
Sportline.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının II turuna hazırlıqları davam etdirən komandalar Sumqayıtda üz-üzə gələcək.
Görüş sentyabrın 5-də, saat 19:00-da "Bank Respublika Arena”da olacaq.