"Sabah" "Sumqayıt"la üz-üzə
“Sabah” çempionatdakı fasilədən yararlanaraq bu gün yoxlama görüşünə çıxacaq.
Sportline.az klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Lakin matç əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da yox, 18:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” Premyer Liqanın ilk turunda səfərdə “Qarabağ”a məğlub olub- 2:0. “Sumqayıt” isə evdə “Keşlə”yə 1 qolla uduzub.