"Sabah"da ciddi itki

Bu gün Misli Premyer Liqasının 23-cü turunda "Qəbələ" ilə qarşılaşacaq “Sabah”ın heyətində ciddi itki var.

Sportline.az xəbər verir ki, çempionatın lideri komandanın aparıcı üzvü Velko Simiçin xidmətindən məhrum olacaq.

Serbiyalı futbolçu ölkə kubokunun 1 /4 final mərhələsinin “Qəbələ”(3:3) ilə görüşündə zədələnib.

Həmin görüşdə zədələnən “Qəbələ”nin futbolçusu Seydine Keyta da oyunu buraxacaq.

Qeyd edək ki, “Sabah" - "Qəbələ" görüşü 19:15-də start götürəcək.