"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Sabah” futbol klubunun I təsnifat mərhələsindəki ehtimal olunan rəqiblərinin adına aydınlıq gətirilməkdədir.
Sportline.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsində 28 komanda mübarizə aparacaq.
“Sabah” 14 səpələnməmiş klubun yer aldığı səbətdə qərarlaşacaq.
Paytaxt təmsilçisinin üz-üzə gələ biləcəyi 14 səpələnmiş komandadan 13-nün adı artıq məlumdur:
- “Şemrok Rovers” (İrlandiya)
- KUPS (Finlandiya)
- “Drita” (Kosovo)
- “Linkoln Red İmps” (Cəbəllütariq)
- “Borats” (Bosniya və Herseqovina)
- “Vikinqur” (İslandiya)
- “Kayrat” (Qazaxıstan)
- “Universitatya Krayova” (Rumıniya)
- “Riqa” (Latviya)
- “Klaksvik” (Farer adaları)
- “Flora” (Estoniya)
- “Larn” (Şimali İrlandiya)
- “Petrokub” (Moldova)
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da təşkil olunacaq. Bu mərhələnin oyunları iyulun 7 və 8-i və cavab oyunları isə iyulun 14 və 15-i tarixlərində keçiriləcək.