"Sabah"ın legioneri 6 ildən sonra milliyə dəvət aldı

"Sabah" klubunun futbolçusu Kevin Kubemba Konqo millisinə dəvət alıb.

Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu dünya çempionatının seçmə oyunları üçün yığmaya çağırılıb.

O, son olaraq 2015-ci ildə Konqo millisinin formasını geyinib.

Komanda martın 26-da Seneqalı qəbul edəcək, martın 30-da isə Qvineya-Bisaunun qonağı olacaq.