"Sabah"ın sabiq futbolçusu Serbiya klubunda

Ötən ilin oktyabrında "Sabah"la yolları ayrılan Petar Şkuletiçin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, serbiyalı hücumçu karyerasını ölkəsinin Superliqa təmsilçisi "Baçka Topola"da davam etdirəcək.

Qeyd edək ki, P.Şkuletiç ötən ilin sentyabrında "Sabah"a transfer olunmuşdu.

31 yaşlı oyunçu şəxsi məsələləri səbəbindən bir ay sonra klubla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.