"Sabah"ın yeni transferi Bakıya gəlir

“Rux”dan qapıçı Aleksandr Neçayevlə müqavilə imzalayan “Sabah” yarımmüdafiə xəttini də gücləndirib.

Sportline.az xəbər verir ki, paytaxt klubu Kristian da Silva Fillə anlaşıb. Bu gün Azərbaycana gələrək tibbi baxışdan keçəcək futbolçunun əhhətində bir problem üzə çıxmasa, o, ilkin olaraq 6 aylıq müqavilləyə imza atacaq (müddət sonradan 1 il artırılmaq şərtiylə).

32 yaşlı braziliyalı “Tuna Luso”nun yetirməsidir. 2007-2011-ci illəri burada keçirən Fil sıra ilə “Time Neura”, “Qoyatuba”, “Evangélika” və “Kastanhal”ın formasını geyinib.

2013-2014-cü illərdə “Qremio Anápolis”ə məxsus olsa da, həmin müddəti icarə əsasında APOEL-də keçirib.

2014-cü ildə “CFR Kluj”la anlaşıb və maraqlıdır kı, Rumıniya klubu da onu icarəyə verib. Fill, bu dəfə Portuqaliya “Nasional”ına üz tutub.

2015-ci ildə bu ölkədə “Paku de Fereyra” ilə müqavilə imzalayan “sambaçı” təkrar “Nasional”ın ixtiyarına verilib.

2019-2020-ci illərdə “Feyrense”nin uğurları üçün tər töküb, daha sonra “Kasa Pia” ilə münasibətlərini rəsmiləşdirib.

Ötən ilin yayında “Akadémika de Koimbr”lə dil tapıb, gəl ki, geridə qalan 6 ayda 6 dəfə meydana çıxıb.