Sabiq futbolçuları "Qarabağ"ı belə təbrik etdilər
Doqquzuncu dəfə Azərbaycan çempionu olan "Qarabağ" bir çox sabiq futbolçusundan təbrik alıb.
Sportline.az xəbər verir ki, uzun müddət Ağdam klubunun kapitanı olmuş, hazırda "Zirə"ni çalışdıran Rəşad Sadıqovdan tutmuş haitili Donald Geryeyə qədər Ağdam klubunu təbrik edənlər var.
Bosniyalı Asmir Beqoviç və İbrahim Şehiç, braziliyalı Reynaldo Silva da İnstaqram səhifəsində keçmiş komandası ilə bağlı təbrik paylaşımı edib. Millimizin üzvləri, hazırda legioner həyatı yaşayan Mahir Emreli və Emil Balayev də "Qarabağ"ın 9-cu çempionluğunu diqqətdən kənarda qoymayıb.






