Sabiq "Keşlə"li Qazaxıstanda getdi

"Keşlə"nin sabiq futbolçusu Pablo Podio karyerasını Qazaxıstanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, argentinalı futbolçu Premyer Liqa təmsilçisi "İrtış"a transfer olub. Klub saytı müqavilənin şərtlərini açıqlamayıb.

Podio 2017-ci ilin dekabrından 2018-ci ilin mayına qədər "Keşlə"də çıxış edib. 30 yaşlı futbolçu paytaxt təmsilçisində 2 oyun keçirib.