Sabiq "Qarabağ"lı Ronaldonun komandasına keçə bilər

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" 36 yaşlı qolkiper üçün "Everton"a təklif göndərib.

Premyer Liqa klubu oyunçusunu buraxmaq istəməyib. "Əl-Nəsr" yaxın günlərdə Bosniya və Herseqovinadan olan qapıçı ilə bağlı yenidən müraciət edəcək.

Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"da çıxış edib.

Banner