Sabiq "Real"lı "Atletiko"ya keçə bilər
PSJ-nin futbolçusu olan və hal-hazırda "Aston Villa" klubunda icarə əsasında çıxış edən Marko Asensio İspaniyaya dönə bilər.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Atletiko Madrid" ispaniyalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.
Klub, bu cari mövsümün sonunda MLS-ə keçəcəyi gözlənilən Antuan Qrizmannın yerini "Real Madrid"in keçmiş oyunçusu ilə əvəz etməyi planlaşdırır.
Qeyd edək ki, Asensionun transfer dəyəri 20 milyon avro təşkil edir.