Said El Mala "Brayton"a gedir
"Brayton" "Köln"ün futbolçusu Said El Malanı transfer etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
19 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 28 matçda 9 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, S.El Malanın dəyəri 40 milyon avrodur.