Salah "Liverpul"da!

Uzun müddətdir, Mohamed Salahı heyətinə cəlb etmək istəyən "Liverpul" istəyinə çatıb.

SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, futbolçu növbəti mövsümdən "mersisaydlılar"ın şərəfini qoruyacaq. 25 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayınadək "Liverpul"un şərəfini qoruyacaq. O, ilinə 5,5 milyon avro qazanacaq.

Qeyd edək ki, ötən mövsüm A Seriyasında çıxış edən M.Salah "Roma" forması ilə keçirdiyi 31 oyunda 15 qol vurub.