Salah “Liverpul”la yeni müqavilə imzalayacaq
“Liverpul”un misirli futbolçusu Mohamed Salah klubla yeni müqavilə imzalayacaq.
Sportline.az “Anfield Edition”a istinadən xəbər verir ki, Salah “Liverpul”un yeni müqavilə təklifini qəbul edib.
32 yaşlı futbolçunun Mersisayd klubu ilə hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Salah cari mövsüm çıxış etdiyi 33 oyunda 25 qol və 17 asistlə yadda qalıb.
Onun hazır ki dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.