Salahın oynamaq istədiyi üç futbolçu
"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah eyni komandada oynamaq istədiyi üç futbolçudan söz açıb.
Sportline.az xəbər verir ki, ulduz forvard bu siyahıda Kriştianu Ronaldu, Lionel Messi və Kevin de Brüynenin olduğunu bildirib.
Təcrübəli hücumçu məhz bu futbolçularla eyni komandanın formasını geyinmək arzusunda olduğunu açıqlayıb.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin yayından "Liverpul"un şərəfini qoruyur.