Salahın son durumu bilindi

"Liverpul"un hücumçusu Məhəmməd Salahın son durumu açıqlanıb.

Sportline.az xəbər verir ki, misirli futbolçunun zədəsiin ciddi olduğu aşkarlanıb.

Onun qarşıdakı 3 oyunda bu səbəbdən meydana çıxmayacağı bildirilir.

İngiltərə mətbuatında yayılan xəbərə görə, Salah ən azı martın 2-dək komandasına kömək edə bilməyəcək. 

Bu isə, forvardın "Luton", "Çelsi" və "Sauthempton"la oyunları kənardan izləyəcəyi anlamına gəlir. 

Qeyd edək ki, Salah Afrika kubokunda ombasından aldığı zədədən əziyyət çəkir.