Salahla Manenin münasibətlərində maraqlı məqam

"Liverpul"un keçmiş futbolçusu Roberto Firmino sabiq komanda yoldaşları Məhəmməd Salahla Sadio Manenin münasibətləri haqqında söz açıb.

Sportline.az xəbər verir ki, 32 yaşlı braziliyalı bu mövzuya öz kitabında yer ayırıb.

Müəllif yazır ki, "Salahla Mane "Börnli" ilə oyunun (3-0) gedişində mübahisə etdilər. Buna Salahın epizodların birində Maneyə ötürmə verməməsi səbəb olmuşdu. Gərgin atmosfer yaranmışdı. Hətta Sadio əvəzlənəndə öz qəzəbini açıq-aşkar büruz verdi. Hal bu ki, biz böyük hesablı qələbə qazanmışdıq. Onların münasibətindəki gərginlik hamıya məlum idi. Meydanda olduğu kimi kənarda da onları bir araya gətirməyə çalışsam da, bu, bir nəticə vermirdi. Onlar heç zaman dost olmayıblar".

Qeyd edək ki, Salahla Mane 2017-2022-ci illərdə birlikdə "Liverpul"un şərəfini qoruyublar.

Ötən yay "Bavariya"ya yollanan Sadio yeni mövsümdən "Əl-Nəsr"in formasını geyinir.