Saliba İspaniya nəhənginə transfer olmaq istəyir

"Arsenal"ın fransalı futbolçusu Vilyam Saliba mövsümün sonunda klubdan ayrılmaq niyyətindədir.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Saliba "Real Madrid"ə transfer olmaq istəyir.

Madrid klubunun rəhbərliyi oyunçunun meneceri ilə təmas halındadır.

Qeyd edək ki, Saliba bu mövsüm çıxış etdiyi 48 matçda 2 qolla yadda qalıb.

Onun transfer qiyməti 80 milyon avro olaraq təyin olunub.

Xatırladaq ki, Salibanın "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.