Saliba üçün 2 nəhəng klubdan təklif var
"Arsenal"ın fransalı futbolçusu Vilyam Saliba mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.
"Real Madrid" və "Mançester Siti" Saliba ilə yaxından maraqlanır.
Qeyd edək ki, Salibanın "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Onun hazır ki dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.