Salibanın qəlbi o klubla döyünür
"Arsenal"ın fransalı futbolçusu Vilyam Saliba mövsümün sonunda klubdan ayrılmaq istəyir.
Sportline.az "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, Saliba "Real Madrid"ə transfer olmaq niyyətindədir.
24 yaşlı stoperin "Arsenal"la müqaviləsi 2027-ci ilin iyuin ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Salibanın transfer qiyməti 80 milyon avrodur.
O, cari mövsüm çıxış etdiyi 49 matçda 2 qol müəllifi olub.