Salih Özcan karyerasını ölkəsində davam etdirəcək
Türkiyənin "Beşiktaş" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirir.
Sportline.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Türkiyə çempionatında ikinci dövrə başlayanda milli komandanın ulduzu Salih Özcan ağlı-qaralı formanı geyinəcək.
Türkiyə klubu hazırda "Borussiya Dortmund"un şərəfini qoruyan Salih Özcanla anlaşıb.
Qış transfer dövrünə start veriləndə Salihin keçidi rəsmiləşəcək.
"Beşiktaş" Salih Özcan üçün Almaniya klubuna 3 milyon avro ödəyəcək.