Samir Abasov: "Nələr çəkdiyimizi Allah bilir"

"Oyun kənardan rahat görsənə bilər. Amma nələr çəkdiyimizi Allah bilir".

Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, qol vurmadıqca futbolçularda tələskənlik görsənirdi.