Samir Abasov: "Qarabağ"la oyuna revanş matçı deməzdim"
Azərbyacan Premyer Liqasının XV turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.
"Neftçi"nin baş məşqçisi Samir Abasov Sportline.az saytına açıqlamasında hazırlıqla yanaşı, heyətə barədə də danışıb.
"Qarabağ"la oyuna hazırlıq əla gedir. Düzdür, kubok oyununda "Zirə"yə məğlub olduq. Amma bunu unutmuşuq. Komandada əsas diqqətlər "Qarabağ"la matça yönəlib. Bu mövsüm "Neftçi" 0:6 hesabı ilə əzəli rəqibinə məğlub oldu. Amma deməzdim ki, biz bunun revanşı üçün meydana çıxırıq. Sadəcə gözəl oyun nümayiş etdirib, 3 xal qazanmaq niyyətindəyik.
Heyətlə bağlı demək olar ki, problem yoxdur. Yusuf Laval bizə gec qoşulduğu üçün hələ tam hazır vəziyyətdə deyil. Amma o da məşqlərini davam etdirir. Heyətimizi yeni futbolçu ilə gücləndirmişik. Bizim problemimiz hücumçu yoxluğu deyil, hücumçu çatışmazlığı idi. Buna görə də Əhməd Əhmədov izlədik. Deməzdim ki, aylarla həmin futbolçunun oyununa baxmışıq. Xeyr. Sadəcə, müxtəlif təkliflər gəlirdi. Biz də özümüzə uyğun olanını seçdik və Əhmədi komandaya qatdıq".
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Fevralın 13-nə nəzərdə tutulan qarşılaşma saat 18:30-da başlanacaq.