“Samsunspor”dan tarixi uğur

Türkiyə Süper Liqasının köklü komandalarından sayılan “Samsunspor” bu mövsümə yaxşı start verib.

Sportline.az “Opta” nəşrinə istinadən xəbər verir ki, Süper Liqada 9 turdan sonra 19 xal toplayan “Samsunspor” tarixinin ən uğurlu başlanğıcına imza atıb.

“Samsunpor” 9 matçın 6-da qələbə qazanıb. 2 məğlubiyət və 1 bərabərliklə turnir cədvəlində 3-cü pillədə qərarlaşır.

Qeyd edək ki, “Samsunspor” 9 turdan sonra rəqib qapılarından 16 top keçirib.