Sanço Almaniyaya qayıdır - "Mançester Yunayted" satmağa hazırdır
"Aston Villa"da icarə əsasında çıxış edən Ceydon Sanço karyerasını yenidən Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Borussiya Dortmund" sabiq futbolçusunu geri qaytarmaq istəyir.
Bu haqda "Tele Football" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Sanço müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.