Sanço "Dortmund"da qayıtmaq istəyir
"Aston Villa"da icarə əsasında çıxış edən Ceydon Sanço sabiq komandası "Borussiya Dortmund"da qayıtmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, sözügedən futbolçu müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.
Jurnalist Florian Plettenberqin məlumatına görə, Sanço Almaniya klubuna qayıtmaqda israrlıdır.
Qeyd edək ki, İngiltərə millisinin sabiq hücumçusu bu mövsüm meydana çıxdığı 31 oyunda 1 qol, 3 asistlə yadda qalıb.