Sanço evinə qayıdır

"Aston Villa"da icarə əsasında çıxış edən Ceydon Sanço karyerasını yenidən "Borussiya Dortmund"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Germany" məlumat yayıb.

26 yaşlı futbolçu müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.

Qeyd edək ki, C.Sanço cari mövsüm meydana çıxdığı 39 matçda 1 qol, 3 asistlə yadda qalıb.