Sanço "Mançester Yunayted"dən ayrılmaq fikrində qətidir

"Aston Villa"da icarə əsasında çıxış edən Ceydon Sanço yayda "Borussiya Dortmund"a qayıdacaq.

Sportline.az xəbər verir ki, ingiltərəli oyunçu müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.

"Sky Sports"un yaydığı məlumata görə, "qırmızı şeytanlar" 26 yaşlı sol cinah vingeri üçün 10 milyon avro tələb edir.

Qeyd edək ki, Sanço "Mançester Siti"nin yetirməsidir.