Sanço "Mançester Yunayted"in məşqlərinə qoşulub
"Mançester Yunayted"in cinah oyunçusu Ceydon Sanço "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq ilə aralarında olan münaqişəni müzakirə edib.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" hesabında mlumat yayıb.
Mənbənin sözlərinə görə, görüş müsbət yekunlaşıb. Sanço və Ten Haq daha əvvəl yaşananların üzərindən xətt çəkərək yeni bir səhifə açmaq qərarına gəliblər.
24 yaşlı vinqerin məşqlərə qayıtdığı və “Mançester Yunayted”in mövsümöncəsi oyunları üçün hazır olduğu vurğulanır.
Xatırladaq ki, ötən mövsümün əvvəlində Ten Haq Sançonun məşqlərdə kifayət qədər səy göstərmədiyini demiş, bundan sonra futbolçu niderlandlı mütəxəssisin sözlərinin doğru olmadığını barədə açıqlama vermişdi. Nəticədə Ten Haq hücumçunu əsas komandadan uzaqlaşdırmışdı. 2024-cü ilin qışında Sanço icarə əsasında Dortmund "Borussiya"sına keçmişdi.