Sarri "Yuventus"dan getdi

Yuventus" baş məşqçisi Maurisio Sarri ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, Turin təmsilçisi 61 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Sarri 2019-cu ilin yayından "qoca sinyora"nı çalışdırırdı. "Yuventus" italiyalı mütəxəssisin rəhbərliyi ilə A Seriyasının qalibi olub, Çempionlar Liqasında isə mübarizəni 1/8 finalda dayandırıb.