Saşa Boye “Qalatasaray”a qayıda bilər

“Bavariya”nın fransalı futbolçusu Saşa Boye yenidən Türkiyə Çempionatında iştirak edə bilər.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu yanvarda “Qalatasaray” klubuna icarəyə verilə bilər.

Saşa Boye “Qalatasaray”da yenidən çıxış etməyə müsbət yanaşır.

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Saşa Boye bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 2 matçda 1 asistlə yadda qalıb.