Saudiyyə klubu iki braziliyalını transfer edə bilər
Mançester Yunaytedin yarımmüdafiəçisi Kazemiro və PSJ-nin müdafiəçisi Markinyos "Əl-İttihad" klubunun transfer hədəfindədir.
Sportline.az L'Equipe-ə istinadla xəbər verir ki, Saudiyyə klubu hər 2 futbolçunun transferi üçün danışıqlara başlayıb.
Bundan əlavə "Roma"nın futbolçusu Ussem Auar və "Aston Villa"nın oyunçu Musa Diabinin də "Əl İttihad" klubunun transfer siyahısında olduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl mətbuat "Əl-İttihad" klubunun yeni baş məşqçisinin fransalı mütəxəssis Loran Blan olacağı haqda xəbərlər yayılmışdı.