Sautqeyt qalır, yoxsa gedir?

İngiltərə Futbol Federasiyası millinin çalışdırıcısı Qaret Sautqeyti baş məşqçi vəzifəsində saxlamaq istəyir.

Sportline.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Federasiya Sautqeytin millini 2024-cü ildə keçiriləcək Avropa çempionatına hazırlamasını istəyir. İngiltərəli mütəxəssisin müqaviləsi Avropa çempionatının sonuna kimi hesablanıb. Amma belə bir ehtimal var ki, 52 yaşlı mütəxəssis DÇ-2022 başa çatdıqdan sonra yığmanı tərk etmək qərarına gəlsin. Sautqeytin klub futboluna qayıtmağa hazır olduğu güman edilir. Lakin federasiya rəsmiləri onu qalmağa razı salacaqlarına ümid edirlər. Hər iki tərəf dünya çempionatının sonunda məşqçinin gələcəyini müzakirə etmək niyyətindədir.

İngiltərə Futbol Federasiyasının Sautqeytin gedəcəyi təqdirdə baş məşqçi vəzifəsi üçün alternativ namizədi yoxdur. Bu da onu milli komandanın başında saxlamaq istəyinə təsir edir. Ancaq mütəxəssis klubda çalışmağa hazır olduğuna qərar verərsə, ona müdaxilə etməyəcəklər.

Qeyd edək ki, İngiltərə millisi Sautqeytin baş məşqçiliyi altında Rusiyada keçirilən DÇ-2022-nin yarımfinala qədər yüksəlib Həmçinin Sautqeyt komandanı Avro-2020-nin finalına çıxarmağı bacarıb. Lakin yığma burada İtaliyaya uduzub.

Xatırladaq ki, İngiltərə millisi dekabrın 10-u DÇ-2022-nin 1/4 finalında Fransa yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.