"Səbail" futbolçusu ilə vidalaşdı

"Səbail" klubu qapıçısı Kamal Bayramovla vidalaşıb. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Paytaxt təmsilçisi 35 yaşlı qolkiperə uğurlar arzulayıb. 

Qeyd edək ki, Kamal Bayramov 2019-cu ilin avqustunda "Zirə"dən "Səbail"ə keçmişdi.