"Səbail" millinin üzvü ilə maraqlanır

“Zirə” və “Qəbələ”nin sabiq futbolçusu Klesio Bauk karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Mozambik millisinin hücumçusu ilə “Səbail” klubu maraqlanır.

İki gün əvvəl Portuqaliyanın “Maritimo” klubu ilə yolları ayrılan 28 yaşlı forvard  azad agent statusu daşıyır.

“Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin Bauku sərəncamında görmək istədiyi bildirilir. 

Qeyd edək ki, Klesio Bauk 2019-20 mövsümündə “Qəbələ”nin, 2020-21 mövsümündə isə “Zirə”nin formasını geyinib.

Banner