"Səbail" qələbəni əldən verdi
Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama matçına çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Serbiyanın "Napredak" kollektivi olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, Samir Əliyevin komandası ilk yoldaşlıq görüşündə Ukrayna "Çernomorets"i ilə heç-heçə edib - 0:0.
26 yanvar 2018
Yoldaşlıq görüşü
"Səbail" (Azərbaycan) - "Napredak" (Serbiya) - 1:1
QOL: Vüqar Nadirov, 25 (1:0)