"Səbail" Şahin Diniyevə tapşırıla bilər
“Səbail”in istefa verən baş məşqçisi Mahmud Qurbanovun yerinə namizədlər arasında Şahin Diniyevin də adı hallanır.
Sportline.az xəbər verir ki, paytaxt klubunun hazırda işsiz olan mütəxəssislə danışıqlar apardığı bildirilir.
Sözügedən vəzifəyə "Şamaxı"nın çalışdırıcısı Vüqar Əsgərli və "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırovun da namizəd olduğu haqda xəbər yayılıb.
Paytaxt klubunun 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Milan Obradoviçə də təklif ünvanladığı, amma irəli sürülən şərtlərin onu qane etmədiyi bildirilir.
Qeyd edək ki, "Səbail" 18 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.