"Səbail" "Spartak"la qarşılaşacaq

"Səbail"in Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

Sportline.az xəbər verir ki, "dənizçilər" Serbiyanın "Spartak" klubu ilə qarşılaşacaq. Görüş yanvarın 16-na planlaşdırılıb.

Superliqada mübarizə aparan Subotitsa təmsilçisi 19 turdan sonra 18 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Səbail" klubu hələlik qış təlim-məşq toplanışı ilə bağlı planını açıqlamayıb.

Banner